Azərbaycan - Almaniya oyununun məkanı dəyişdirildi
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilə bilər.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.
O, martda keçiriləcək qarşılaşmanın Bakı Olimpiya stadionunda keçirilməməsinin səbəbi barədə də danışıb. A.Rəhimov deyib ki, həmin stadionda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri aparılacaq:
"Bu səbəbdən təklif etdik ki, Almaniya ilə oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilsin. Çünki həmin stadionda yaxşı vəziyyətdədir. Problem ondadır ki, ev oyunları üçün UEFA-dan Bakı Olimpiya stadionu qeydiyyatdan keçib. Sadəcə, bu qeydiyyatı dəyişmək lazımdır. Biz buna hazırıq".