Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb
Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, idmançı akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.
"Commagene Rowing Marathon" adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.
Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.