Azərbaycan çempionatında XIV tura yekun vurulur

Bu gün basketbol üzrə Azərbaycan çempionatında 14-cü turunun növbəti oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, son oyun günündə çempionluğa iddialı komandalar üz-üzə gələcək.

“Sərhədçi” “Gəncə”ni qəbul edəcək. Turnir cədvəlinin lideri NTD isə “Neftçi” ilə üz-üzə gələcək.

17:30 “Sərhədçi” – “Gəncə”
20:00 NTD – “Neftçi”


Turun ilk iki görüşü belə nəticələnib:

“Zirvə Astara” – AAAF Xırdalan 76:100
“Sabah” – “Olimpik”(Şəki) 77:72