Azərbaycan millisi Hollandiyaya uduzdu

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan seçməsi bu gün ikinci qarşılaşmasına çıxıb. SportLine.az saytının məlumatına görə, Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən mərhələnin ikinci oyunundakı rəqibimiz Hollandiya yığması olub.

İlk görüşdə Kiprə 1:7 hesabı ilə yenilən Ağatahir Əzimzadənin yetirmələri, bu dəfə də meydançanı məyus tərk edib.

Qeyd edək ki, Hollandiya ilk oyununda Sloveniya ilə qarşılaşıb və qələbə qazanıb – 5:4.

Avropa çempionatının əsas mərhələsi

II qrup, II tur

Hollandiya U19 – Azərbaycan U19 - 6:1

Hakimlər: Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya)
Podçetrtek İdman Sarayı, Sloveniy