Azərbaycan komandasında braziliyalı oyunçu

Futzal üzrə Yüksək Liqanın sonuncu qalibi olan “Araz” növbəti transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, Naxçıvan təmsilçisi Braziliyanın "Alaf" komandasından Borges Souza Murilonu heyətinə cəlb edib. 

Artıq kollektivlə birgə məşq edən braziliyalı müdafiəçi mövsümün sonuna qədər “Araz”ın formasını geyinəcək.