Azərbaycan kubokunun vaxtı bilindi
Basketbol üzrə Azərbaycan kubokunun keçirilmə vaxtı açıqlanıb.
ABF-dən Sportline.az-a verilən məlumata görə, oyunlar 21-26 martda “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə oynanılacaq.
Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar. Martın 26-da final görüşü keçiriləcək.
Basketbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi fevralın 21-də olacaq və federasiyanın rəsmi “yutub” səhifəsindən canlı yayımlanacaq.