Azərbaycan - Macarıstan oyununun stadionu açıqlanıb
Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.
Qarşılaşmanın başlama saatı hələlik məlum deyil.