Azərbaycan millisi Belçikaya böyük hesabla məğlub oldu

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.

Sportline.az xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşıb. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçirilən görüşdə millimiz 0:5 hesabı ilə uduzub. Qrupun digər matçında İsveç Estoniyaya 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır. 

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika - Azərbaycan - 5:0 

Qollar: Romelu Lukaku, 17, 26, 30,37, Trossard, 90

Qırmızı vərəqə: Eddi İsrafilov, 24-iki sarı vərəqə (Azərbaycan)

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”

İsveç - Estoniya - 2:0
Qollar:
 Klaesson, 22, Forsberq, 55