Azərbaycan millisi Norveçə qarşı bu heyətlə oynayacaq
DÇ-2018-in təsnifat mərhələsində Norveçin qonağı olacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, ənənəsinə sadiq qalan baş məşqçi Robert Prosineçki mətbuat konfransında heyəti açıqlayıb.
Beləliklə, sabah Osloda keçiriləcək matçda komandamız bu futbolçularla oynayacaq:
Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Cavid Hüseynov, Dmitri Nazarov və Mahir Mədətov.
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.