Azərbaycan millisində ciddi itki

Azərbaycan millisi Şimali İrlandiyaya səfər öncəsi ciddi itki ilə üzləşib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki,  Rəşad Sadıqov məşq vaxtı zədələnib.

Milli komandanın baş məşqçisi Robert Prosineçkinin sözlərinə görə, “Qarabağ”nin 34 yaşlı müdafiəçisi bu səbəbdən də Şimali İrlandiyaya qarşı oynamayacaq.

Qeyd edək ki, Sadıqov zədəli olsa da, səfərə yollanıb. Qarşılaşma isə noyabrın 11-də Belfast şəhərində keçiriləcək.