Azərbaycan millisi Belfastdan xalsız dönür
Bu gün DÇ-2018-in təsnifat mərhələsində 4-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.
Azərbaycanlı futbolsevərlərin diqqəti Belfasta yönələcək. Milli komandamız 4-cü tur çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq.
İlk üç oyundan sonra 7 xalla "C" qrupunda ikinci pillədə qərarlaşan Robert Prosineçkinin komandası üçün oyun Dünya çempionatı yolunda mühüm əhəmiyyət kəsb edir. Komandamız məğlubiyyətsizlik seriyasını qorusa, mövqeyini qoruyacaq və qrupdan çıxmaq üçün gözəl fürsət əldə edəcək. Birləşmiş Krallıq təmsilçisi isə 3 xal sayəsində ikinciliyi ələ keçirəcək.
"Uindsor Park" arenasında keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Oyunu Fransa Futbol Federasiyasından Klemen Turpin idarə edəcək.
11 noyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
"C" qrupu, 4-cü tur
Şimali İrlandiya - Azərbaycan - 4:0
QOLLAR: Lafferti, 27 (1:0); Makauli, 40 (2:0); Maklafin, 66 (3:0); Brant, 83 (4:0)
Şimali İrlandiya: 1. Maykl Makqovern (q), 2. Konor Maklafin, 3. Şeyn Ferqüson, 4. Qaret Makauli, 5. Conni Evans, 8. Stiven Devis (k), 10. Kayl Lafferti (Vill Qriq, 66'), 11. Kris Brant, 13. Korri Evans, 16. Oliver Norvud, 21. Coş Macenni
Ehtiyat oyunçular: 12. Alan Mannus (q), 23. Trevor Karson (q), 6. Lii Hodson, 7. Nial Makgin, 9. Uill Qrik, 14. Liam Boys, 15. Rayan Makgivern, 17. Paddi Makneyr, 18. Aaron Hyuz, 19. Paul Paton, 20. Metyu Lund, 22. Tomaz Flanaqan
Baş məşqçi: Maykl Onil
Azərbaycan: 1. Kamran Ağayev (q), 6. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 3. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev (k), 16. Emin Mahmudov, 22. Əfran İsmayılov, 20. Ramil Şeydayev (Dəniz Yılmaz, 46'), 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavlo Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namik Ələskərov, 11. Dəniz Yılmaz, 13. Dmitri Nazarov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev, 18. Ağabala Ramazanov
Baş məşqçi: Robert Prosineçki
Baş hakim: Klemen Turpin
Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)