Azərbaycan seçməsi məğlub oldu
Azərbacan millisi DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, Robert Prosineçkinin komandası Norveç seçməsinin qonağı olacaq.
Osloda keçiriləcək görüşdən öncə millimiz Skandinavları 3 xal qabaqlayır. Bakıdakı ilk görüşdə rəqibinə minimal hesabla qalib gələn Azərbaycan futbolçuları, bu dəfə azarkeşləri sevindirmək niyyətindədirlər.
Milli komanda qələbə qazanmaqla yeni rekord müəyyən edəcək. İndiyədək heç bir seçmə mərhələdə 3 qələbə əldə edə bilməyən seçməmiz, bu vəzifənin öhdəsindən gəlməyə yaxındır.
Ancaq Norveç də meydana ağ bayraq qaldırmaq üçün çıxmayacaq. Lars Lagerberqin komandası yalnız qələbə barədə düşünür.
“Ulleval” stadionunda oynanılacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
01 sentyabr 2017
DÇ-2018, təsnifat mərhələsi
"C" qrupu
Norveç – Azərbaycan - 2:0
QOLLAR: Kinq, 32/p. (1:0); Rəşad Sadıqov, 59/a.q. (2:0)
QIRMIZI VƏRƏQƏ: Bədavi Hüseynov, 90 (Azərbaycan)
Norveç: 1. Runye Yarsteyn, 2. Haytem Alesami, 3. Yorgen Skyelvik, 6. Havard Nordveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen, 9. Aloeksandr Sorlot, 11. Muhammed Elyunisi, 15. Sander Berge, 16. Yonas Svensson, 20. Mots Moller Daehli
Ehtiyat oyunçular: 12. Sten Qrtebust, 22. Andre Hansen, 4. Siqurd Rosterd, 5. Qustav Valsvik, 10. Tarik Elyunisi, 13. Anders Trondsen, 14. Omar Elabdellaoui, 17. Martin Linnes, 19. Byörn Consen, 21. Birger Melinq, 23. Co İnge Berget
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis
Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)
Hakim-inspektor: Con Peter (İngiltərə)
Komissar: Nikolae Kamelia (Rumıniya)
Oslo. “Ulleval” stadionu