"Kəpəz" - "Sumqayıt" görüşündə bərabərlik

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilir.

Sportline.az xəbər verir ki, günün yeganə oyununda "Kəpəz" "Sumqayıt"la qarşılaşacaq.

Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlanacaq. Bu oyu ərəfəsində "Sumqayıt" 23 xalla 4-cü, Gəncə təmsilçisi 13 xalla 9-cu pillədədir.

Azərbaycan Premyer Liqası
XVII tur

15:30: "Kəpəz" - "Sumqayıt" - 1:1

Qollar: Roi Kehat, 20, Georgi Papunaşvili, 43 (1:1)

Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda olacaq.