Azərbaycan Qran-prisi qəzaya görə üçüncü dəfə dayandı

"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir qəza yaşanıb.

Sportline.az xəbər verir ki, bu dəfə "Mclaren" komandasının pilotu Daniel Rikkardo sıralama turunda uğursuzluqla üzləşib.

O, təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış üçüncü dəfə müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.