Azərbaycan Qran-prisində qəzalar

"Formula 2" üzrə Azərbaycan Qran-prisindəki sprint yarışında ilk qəzalar olub.

Sportline.az xəbər verir ki, ilk olaraq "Hitech Grand Prix" komandasından Liam Lousonun bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.

Ardınca daha 3 sürücü qəza törədib. "HWA Racelab"ın pilotları Cek Aytken, Alessio Deledda "Prema Racing"dən isə Oskar Piastri ikinci döngədə eyni halla üzləşib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.