Azərbaycan Qran-prisinə bilet satışının vaxtı açıqlandı

Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran Prisinə bilet satışı, bu ayın sonunda başlanacaq. 

Sportline.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il, 5 - 7 iyun tarixlərində keçiriləcək.