Azərbaycan Rio-2016-da ilk medalını qazandı

Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. SportLine.az xəbər verir ki, bu medal cüdoçumuz Rüstəm Orucovun aktivinə yazılıb. 

73 kq-dək çəki dərəcəsində yarışan təmsilçimiz həlledici görüşdə yaponiyalı Şohei Onoya uduzaraq qızıl medalı əldən verib.

Bununla da, Azərbaycan Rio-2016-da medal qazanan 37 ölkədən biri olub. Aktivində bir gümüş medal olan Olimpiya seçməmiz 23-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, Azərbaycanın Olimpiya Oyunları tarixində cüdo idman növündə qazandığı ilk gümüş medalı kimi tarixə düşüb.