Azərbaycan millisi 5 qolla qalib gəldi
Azərbaycan millisi bu gün DÇ-2018-in təsnifat mərhələsində növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib San-Marino seçməsi olub.
İlk görüşdə rəqibini bir cavabsız qolla üstələyən Robert Prosineçkinin komandası, bu dəfə də azarkeşlərini sevindirib.
Rəqib qapısına 5 dəfə yol tapan seçməmiz, xalını 10-a yüksəldib ki, bu da Azərbaycan millisinin tarixində ən yaxşı göstəricidir.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
Azərbaycan – San Marino - 5:1
QOLLAR: Əfran İsmayılov, 20 (1:0); Araz Abdullayev, 25 (2:0); Əfran İsmayılov, 57 (3:0); Cevoli, 71/a.q. (4:0); Palatsi, 74 (4:1); Rəşad Sadıqov, 81 (5:1)
Baş hakim: Nikola Dabanovic
Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar
Dördüncü hakim: Pavle Radovanovic
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)