Azərbaycan triatlonçusu Dünya Kubokunun qalibi oldu
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinin Çenqdu şəhərində Dünya Kubokunun qalibi olub.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, 31 yaşlı idmançı yarışın ilk mərhələsində 5-ci yeri tutub və finala yüksəlib. O, finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Ardınca 10 kilometr məsafəyə veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə Pevtsov 7 dəqiqə 3 saniyəlik nəticə göstərib. Yığma üzvü ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, Rostislav Pevtsov daha əvvəl İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokununda və Misirin Şarm Əl-Şeyx şəhərində təşkil edilmiş Açıq Afrika Kubokunda gümüş medal qazanıb.