Azərbaycanın daha 3 güləşçisi İstanbulda medal qazanıb

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 82 kq-da çıxış edən Rafiq Hüseynov və Tuncay Vəzirzadə beynəlxalq turnirdə 3-cü yeri tutublar.

Onlar müvafiq olaraq Qazaxıstan təmsilçiləri İlimdor Satayev və Raxmet Sapiyevi məğlub ediblər. Hüseynov öz rəqibinə "tuşe" ilə (11:0), Vəzirzadə isə 7:1 hesabı ilə qalib gəlib.