Bakı Tennis Akademiyasının təmsilçiləri üzgüçülük yarışının qalibləri sırasında
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar.
Sportline.az xəbər verir ki, Su İdmanı Sarayındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və digər şəxslər iştirak ediblər.
Qaliblərə medallar və diplomlar təqdim olunub. Onlar arasında Bakı Tennis Akademiyasının təmsilçiləri də olub.
Bundan əlavə, müxtəlif yaş kateqoriyalarında keçirilən yarışın Bakı Tennis Akademiyasında təşkil olunan mərhələsində Orxan Heydərli, Svetlana Yevkina, Serqey Stisyuk 1-ci yer, Aylin İbrahimova, Elmar Kərimov, İrina Plujnikova 2-ci yer, Bəyaz Ələsgərzadə, Səbinə Məmmədova, Gülnarə Məmmədova, Andrey Plujnikov 3-cü yeri tutub.