Bakıda "8 Noyabr - Zəfər Günü"nə həsr edilən yarış keçiriləcək

Sabah Bakı Tennis Akademiyasında "8 Noyabr - Zəfər Günü"nə həsr edilən tennis turniri keçiriləcək.

Azərbaycan Tennis Federasiyasından Sportline.az saytına verilən məlumata görə, yarışlar komanda formatında olacaq. Komandalar isə 2 oğlan və 1 qızdan ibarətdir.

Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçiriləcək. 3 qələbə qazanan komanda oyunun qalibi olacaq.

Turnirdə 4 komanda iştirak edəcək. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olacaq. Görüşlər 1 setdən ibarətdir.

Qaliblər kubok və hədiyyələrlə mükafatlandırılacaq.