Azərbaycan Qran-prisi: "Formula 2"də sərbəst yürüşün qalibi bilindi

Bakı keçirilən “Formula 2" yarışında sərbəst yürüş başa çatıb.

Sportline.az xəbər verir ki, "Hitech Grand Prix" komandasından Yuri Vips bütün rəqiblərini qabaqlayıb.

"Campos Racing"dən Ralph Boschung ikinci, "ART Grand Prix"dən Teo Purşer üçüncü olub.

Saat 14:30-da sıralama turu baş tutacaq.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.