Azərbaycan Qran-prisi: Pilot sıx yerdə ilişib qaldı
"Alpha Tauri"nin sürücüsü Yuki Tsunoda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə uğursuzluqla üzləşib.
Sportline.az xəbər verir ki, 21 yaşlı sürücü 4-cü döngədə bolidə nəzarəti itirib.
Tsunodanın avtomobili sıx yerdən çıxarmaqda çətinlik çəkib. Sarı bayraq qaldırıldıqdan sonra sürücü həmin yerdən çıxmağa müvəffəq olub.
Ardınca isə "Mclaren"dən Lando Norris 16-cı döngədə qəza törədib. O da həmkarı kimi yarışa davam edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.