Balotellidən Donnarummaya dəstək

"Adana Demirspor"un italiyalı futbolçusu Mario Balotelli həmyerlisi Canluici Donnarummaya dəstək olub.

Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, Balotelli son vaxtlar böyük təzyiqlə üzləşən qapıçını xüsusi fərqləndirib.

"Mən Donnarummanı sevirəm, onunla oynamışam və onu tanıyıram. Ümid edirəm ki, o, İtaliyanı AVRO-2024-ə çıxaracaq və ona nifrət edənlərə çox yaxşı qapıçı olduğunu sübut edəcək”, - deyə Balotelli bildirib.

Qeyd edək ki, Balotelli və Donnarumma "Milan"da və İtaliya millisində birgə çıxış ediblər.