"Barsa"nın prezidenti: "Biz gülüş mənbəyi olmayacağıq"

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu PSJ-nin futbolçusu Neymarın Kataloniya klubununun keçidinin alınmamasını şərh edib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Paris təmsilçisinin yüksək tələbləri səbəbindən braziliyalı oyunçunun transferinin alınmadığını təsdiqləyib. Klub rəhbəri bildirib ki, PSJ Neymar üçün 150 milyon avro, həmçinin 3 futbolçu – Jan-Klera Todibo, İvan Rakitiç və Usman Dembelenin icarə verilməsini istəyib.

"Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq" - deyə Bartomeu bildirib.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.