"Barselona" 13 aydır ot örtüyünü dəyişmir

İspaniyanın "Marca" nəşri La Liqada çıxış edən klubların stadionlarının ot örtüyü ilə bağlı statistik məlumat açıqlayıb. SportLine.az xəbər verir ki, təqdim olunan infoqrafikada stadionların ot örtüklərinin sonuncu dəfə nə vaxt dəyişdirildiyi əksini tapıb. 

Məlumata əsasən, "Barselona" klubu 13 aydır eyni qazonda oynayır. "Nou Kamp"ın ot örtüyü sonuncu dəfə 2017-ci ilin iyul ayında dəyişdirilib. Bu, infoqrafikada rekord göstəricidir.

"Atletik", "Jirona" və "Hueska"nın da stadionlarında vəziyyət eynidir.