"Barselona" 19 yaşlı futbolçunu transfer etdi

"Barselona" daha bir futbolçu ilə güclənib. SportLine.az Kataloniya klubunun rəsmi "twitter" hesabına istinadən xəbər verir ki,  Jan Kleyr Todibo ilə razılıq əldə edilib.

Hazırda "Tuluza"da çıxış edən 19 yaşlı futbolçu iyun ayında komandaya qoşulacaq. Todibonun müqaviləsi yayda bitdiyindən "Barselona" təzminat məbləği ödəməyəcək.

Qeyd edək ki, Todibo Fransanın gənclərdən ibarət seçmə komandasına da dəvət alıb.