"Barselona" "Atletiko" önünə ciddi itki ilə çıxacaq

"Barselona" komandası bu gün İspaniya La Liqasının 13-cü turunda "Atletiko"nun qonağıdır.

Sportline.az xəbər verir ki, çempionatın lideri Madriddəki oyunda Felippe Koutinyonun xidmətindən istifadə edə bilməyəcək.

Məşqçilər heyəti zədəli futbolçunun səhhəti ilə risk etməmək qərarına gəlib.

Cəzalı İvan Rakitiç də çətin səfər matçında komanda yoldaşlarına kömək edə bilməyəcək. 

Qeyd edək ki, "Atletiko" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.