"Barselona" azarkeşlərindən Vinisiusa irqçi davranış

"El-Klasiko"da "Barselona" azarkeşləri "Real"ın hücumçusu Vinisiusa qarşı irqçi davranışla yadda qalıblar.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, "Barselona” azarkeşləri matçın sonunda oyunçu əvəzlənərkən "sambaçı"ya irqçi münasibət göstəriblər. Eyni zamanda, forvardın özü dəyişiklik zamanı Kataloniya klubunun azarkeşlərini istehza ilə alqışlayıb, ardınca Karlo Ançelotti futbolçunu ehtiyat oyunçular skamyasına tərəf çəkib.

Qeyd edək ki, "Real" 28 xalla turnir cədvəlinin lideridir.