"Barselona" - "Betis" matçında 7 qol

"Barselona" İspaniya La Liqasının 2-ci turunda doğma meydanda "Betis"ə 5:2 hesabı ilə qalib gəlib.

"Barselona" - "Betis" - 5:2
Qollar
: Fekir, 15 (0:1), Qrizmann, 41 (1:1), 50 (2:1), Peres, 56 (3:1), Alba, 60 (4:1), Vidal, 77 (5:1), Moron, 79 (5:2)

Bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanan Kataloniya klubu 3 xalla 9-cu pillədə qərarlaşıb.

Turnir cədvəlinə 6 xalla "Sevilya" başçılıq edir. "Atletiko" eyni xalla 2-ci, "Real" 4 xalla 3-cüdür.