"Barselona" birinci oldu

İspaniya "Barselona"sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub.  

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi hesabatında bildirilir. Ötən mövsüm Kataloniya təmsilçisinin La Liqadakı ev oyunlarını ziyarət edənlərin sayı 1.44 milyon təşkil edib.

İkinci yerdə İngiltərə "Mançester Yunayted"i (1,42 milyon), üçüncü pillədə isə Almaniyanın Dortmund "Borussiya"sı (1, 37 milyon) qərarlaşıb. Növbəti sıralarda Almaniya "Bavariya"sı (1,28 milyon), və İspaniya "Real Madrid"i (1,15 milyon) yer alıb. 

Yunanıstan PAOK-unun azarkeşlərində isə rekord artım (+172 min izləyici) qeydə alınıb. İlk "beşliy"ə "Barselona" (+171 min), İtaliya "Latsio"su (+118 min), Yunanıstan "Olimpiakos"u (+106 min) və Ukrayna "Dinamo"su (+91 min) daxil olub .