"Barselona" çempionluğa bir addım da yaxınlaşdı

İspaniya çempionatında 34-cü tur başlanıb.

Sportline.az xəbər verir ki, “Alaves” komandası lider “Barselona”nı qəbul edib. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Ernesto Valverdenin komandası meydan sahiblərinin güclü müqaviməti ilə qarşılaşıb.

İkinci hissədə hücumlarını daha da gücləndirən qonaqlar istəklərinə çatıblar. 54-cü dəqiqədə Karles Alenya hesabı açıb. 60-cı dəqiqədə fərq daha da artıb. Luis Suarez penaltini dəqiq yerinə yetirib. 2:0. Bu, görüşdə sonuncu qol olub.

Qələbə qazanan “Barselona” 80 xalla liderliyini davam etidirir. Onun ən yaxın izləyicisi “Atletiko”nun hesabında isə 68 xal var.