"Barselona" ciddi itki ilə üzləşib

"Barselona"nın niderlandlı yarımmüdafiəçisi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "kataloniyalılar"ın təcrübəli yarımmüdafiəçisi Frenki De Yonq zədə səbəbindən 5 həftə müddətində komandaya kömək edə bilməyəcək.

Klubun həkimləri Frenki De Yonqun sağ ayaq biləyində burxulma aşkarlandığını və zədəsinin ciddi olduğunu bildiriblər.

Qeyd edək ki, niderlandlı futbolçu bu mövsüm "Barselona" forması ilə çıxdığı 27 görüşdə 2 qolla yadda qalıb.