"Barselona" gənc futbolçusunu "Real Betis"ə göndərib

"Barselona"nın braziliyalı futbolçusu Vitor Roke icarə əsasında "Real Betis"ə keçib.

Sportline.az xəbər verir ki, bu barədə Sevilya klubunun mətbuat xidməti məlumat yayıb.Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Kataloniya klubu 2024-cü ilin əvvəlində 19 yaşlı futbolçunu "Atletiko Paranaense"den 40 milyon avro qarşılığında heyətinə qatıb.

Vitor Roke komanda ilə 16 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, Braziliya liqasında 81 oyunda 28 qolla yadda qalan Vitor 2023-cü ildə millinin heyətində debüt edib.