"Barselona" görüşün keçirilməməsinin tərəfdarıdır

"Barselona" Çempionlar  Liqasının 1/8 finalında "Napoli" ilə cavab oyununun təxirə salınmasını istəyir.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronvirusun yayılmasıdır.

Bir gün əvvəl görüşün azarkeşsiz keçirilməsinə qərar verən klub rəhbərliyi bu dəfə matçın təxirə salınması fikrinə düşüb.

Qeyd edək ki, İspaniya Avropada koronavirusun ən çox yayıldığı ölkələrdən biridir.

Xatırladaq ki, "Barselona" - "Napoli" qarşılaşmasının martın 18-i keçirilməsi nəzərdə tutulub.