"Barselona" kuboku əldən verdi

Kataloniya Super Kubokunun qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Barselona" və "Jirona" kollektivləri üz-üzə gəlib. 

Qarşılaşmanın taleyini bir qol həll edib. Stuaninin penaltidən vurduğu qol "Jirona"ya kuboku qazandırıb.

Qeyd edək ki, 2014-cü ildən keçirilən yarışı iki dəfə “Barselona”, bir dəfə “Espanyol” qazanıb. “Jirona”nın isə bu, ilk qələbəsidir.