"Barselona" La Liqaya şikayət edəcək

İspaniya çempionatının 2-ci turunda "Valyadolid"ə qalib gələn (1-0) "Barselona" La Liqa rəhbərliyinə şikayət edəcək.

Sportline.az xəbər verir ki, katoloniyalılar meydanın vəziyyətindən narazıdırlar. 

La Liqanın prezidenti Xavyer Tebas "Valyadolid"in cəzalandırıla biləcəyini deyib. Onun da qənaətincə, meydanın vəziyyəti həqiqətən də bərbad olub. 

Qeyd edək ki, "Valyadolid"in stadionunun oy örtüyü yeni salındığından, oyuna tam hazır olmayıb.