"Barselona" onunla yolları ayıracaq

"Barselona" yarımmüdafiəçisi İvan Rakitiçlə yolları ayırmaq qərarına gəlib.

Sportline.az sport.es saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, klub rəhbərliyinə məvacibinin artırılması ilə bağlı müraciətinə müsbət cavab almayıb.

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu 2021-ci ildə müddəti bitəcək müqaviləni artırmaq niyyətində olmadıqlarını bildirib. 

Katoloniyalılar, "PSJ" və "İnter" klublarının maraqlandığı futbolçu ilə 65 milyon avro müqabilində vidalaşmağa hazırdırlar.