"Barselona" - "Real" matçı günorta olacaq

2019/20 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı bəlli olub.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, La Liqanın 10-cu turu çərçivəsindəki qarşılaşma oktyabrın 26-sı “Kamp-Nou”da keçiriləcək. Oyun yerli vaxtla saat 13.00, Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Qeyd edək ki, matçın belə erkən başlaması əsasən Asiya ölkələrinə teleyayım məsələsi ilə əlaqədardır.

2017/18 mövsümündə də “El-Klassiko”nun bir matçı yerli vaxtla saat 13.00-da start götürmüşdü.