"Barselona" "Real"a qarşı
İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, turun mərkəzi və maraqla gözlənilən görüşü bu gün keçiriləcək.
"Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edəcək. Mövsümün ilk "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Oyuna marağı həm də komandalar arasında 1 xal fərqinin olması artırır. 10 turdan sonra "Real" 25 xalla ikinci, "Barselona" isə 24 xalla üçüncü sıradadır. Turnir cədvəlinə 28 xalla (11 oyuna) "Jirona" başçılıq edir.
28 oktyabr
İspaniya La Liqası, 11-ci tur
18:15. "Barselona" - "Real"
Baş hakim: Xesus Gil Mansano
"Olimpiya Stadionu".