"Barselona" "Sevilya"nı mübarizədən kənarlaşdırdı

İspaniya Kubokunda 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçirilib.

İlk oyunda "Sevilya"ya 0:2 hesabı ilə uduzan "Barselona" darmadağınla mərhələ adlayıb.

"Betis" isə əlavə vaxtda yarımfinal vəsiqəsinə sahib çıxıb.

Nəticələri diqqətinizə çatdırırıq:

30 yanvar 2019
İspaniya Kuboku
1/4 final (cavab oyunları)

"Betis" - "Espanyol" - 3:1 (əlavə vaxtda)
İlk oyun:
1:1

"Barselona" - "Sevilya" - 6:1
İlk oyun:
0:2