"Barselona" transferi açıqladı

"Barselona" yeni mövsüm üçün ilk transferini edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Palmeyras"ın (Braziliya) futbolçusu Mateus Fernandesin keçidi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, "Barselona" 7 milyon avro təzminat və 3 milyon avro bonus  ödəyəcək.

La Liqa təmsilçisinin 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacağı və ona 300 milyon avro qiymət qoyacağı bildirilib. Futbolçu "Barselona"ya bu ilin iyul ayından qoşulacaq.

Qeyd edək ki, M.Fernandes bu mövsüm yerli çempionatda 11 matça çıxaraq 1 qol vurub.