"Barselona" və "Espanyol" yoluna davam edir

İspaniya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma keçirilib.

Favoritlərdən "Barselona" doğma meydanda "Levante"yə aman verməyib. "Espanyol" isə "Vilyareal"la görüşdə azarkeşlərini sevindirib.

"Real Sosyedad" "Betis"lə görüşdə gərgin mübarizənin sonunda yarışla vidalaşıb.

Nəticələri diqqətinizə çatdırırıq:

17 yanvar 2019
İspaniya Kuboku
1/8 final (cavab oyunları)

"Real Sosyedad" - "Betis" - 2:2
İlk oyun: 0:0

"Espanyol" - "Vilyarreal" - 3:1
İlk oyun: 2:2

"Barselona" - "Levante" - 3:0
İlk oyun: 1:2