"Barselona" Xuan Mata ilə danışıqlara başladı

"Barselona" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, Kataloniya klubu Xuan Matanın xidmətində maraqlıdır.

İspaniyalı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi cari mövsümün sonunda bitəcək. "Barselona" klubu onu azad agent kimi heyətinə qatmaq istəyir. 

"Goal.com" saytının məlumatına görə, 30 yaşlı futbolçu da vətənində çıxış etməkdə maraqlıdır. 

Qeyd edək ki, X.Mata "Real", "Valensiya" və "Çelsi" kimi klubların da şərəfini qoruyub.