"Barselona" yeni transferi rəsmiləşdirdi
"Barselona" heyəti daha bir futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, söhbət Pau Viktordan gedir.
Klubun rəsmi saytında yayılan məlumata görə, "Jirona"nın 22 yaşlı hücumçusu ilə 2029-cu ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, Viktor Pau son mövsümü icarə əsasında "Barselona Atletik"də keçirib.
O, meydana çıxdığı 39 oyunda 20 qol və 6 asistlə fərqlənib.