"Barselona" yeni transferini təqdim etdi

"Barselona" klubu yeni transferi - Ceyson Murilyonu ictimaiyyətə təqdim edib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi mövsümün sonunadək icarə əsasında Kataloniya klubunun şərəfini qoruyacaq. Kolumbiyalı futbolçu 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, C.Murilyo müqavilə ilə "Valensiya"ya məxsusdur.