"Barselona" Yoviçin transferində tələsmir

“Barselona” rəhbərliyi müvəqqəti olaraq Luka Yoviçin transferindən imtina edib.

Sportline.az xəbər verir ki, “Ayntraxt”ın şərəfini qoruyan hücumçu ilə “Real” və “Bavariya” da maraqlanır. Bu səbəbdən “Barsa” təklif göndərməyə tələsmir. İspaniya təmsilçisi serbiyalı futbolçunun yekun qərarını gözləyəcək. Əgər Yoviç digər təklifləri rədd etsə, o zaman keçidlə bağlı “Ayntraxt”a müraciət ediləcək.

Cari mövsümdə Yoviç Bundesliqada meydana çıxdığı 26 görüşdə 17 dəfə fərqlənib.