"Barselona" "Zenit"in futbolçusunu istəyir

"Barselona" klubu müdafiə xəttindəki problemləri qış transfer pəncərəsində həll etmək niyyətindədir. SportLine.az xəbər verir ki, Kataloniya təmsilçisi yanvar ayında həyata keçirəcəyi transferlə müdafiə xəttini gücləndirmək istəyir.

"Mirror"un məlumatına görə, La Liqa klubunun siyahısında iki futbolçunun adı var.

Bunlardan biri "Mançester Siti"nin 32 yaşlı üzvü Vinsent Kompanidir. Digəri isə "Zenit"in şərəfini qoruyan 34 yaşlı Branislav İvanoviçdir. 

Xəbərdə "Barselona"nın David Luizlə də maraqlandığı, amma "Çelsi"nin braziliyalı müdafiəçini mövsümün sonunadək komandada saxlayacağı bildirilib.