"Barselona"da ciddi itki

“Barselona” itki ilə üzləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Neto zədələnib.
 
“Napoli” ilə keçirilən oyundan əvvəl məşqdə zədələnən Netonun azı 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Barselona” Netonu bu yay “Valensiya”dan 25 milyon avroya transfer edib.